AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

M.TRAMP TEXNO LİDERLƏRLƏ GÖRÜŞÜB

  • + A
  • - A
  • Bu gün, 07:27

    M.TRAMP TEXNO LİDERLƏRLƏ GÖRÜŞÜB

    ABŞ Birinci xanımı Melania Trump, ABŞ-da tələbələr üçün süni intellekt sahəsində təhsil imkanlarını artırmaq məqsədilə keçirilən Ağ Ev Tapşırıq Qrupunun iclasında texnologiya liderləri ilə bir araya gəlib. Qrupun məqsədi, amerikalı tələbələrin gələcək rəqəmsal cəmiyyətdə uğur qazanmaq üçün lazım olan bilik və bacarıqlarla təmin olunmasıdır.

    Birinci xanım həmçinin bütün ABŞ üzrə MƏKTƏBLİLER üçün yarış elan edib. Şagirdlərdən tələb olunur ki, süni intellekti istifadə edərək bir layihə hazırlasın və ya icTİmaİ problemləri həll etsin. Trump eyni zamanda süni intellektdən hazırlanan (deepfake) və real görüntülərlə onlayn cinsi istismara qarşı qanunvericiliyin qəbulunu təşviq edib.
    Bununla yanaşı, ABŞ Senatı üzvü Josh Hawley texnologiya şirkətlərinə tənqid yönəldib, süni intellektin tənzimlənməməsini və Meta ilə ChatGPT-ni xüsusi olaraq qeyd edib.

    Toplantıdan sonra Prezident Donald Trump texnologiya nəhəngləri ilə Ağ Evdə yüksək səviyyəli görüş keçirib. Görüşdə Microsoft-un həmtəsisçisi Bill Gates, Apple rəhbəri Tim Cook, Meta rəhbəri Mark Zuckerberg, Google CEO-su Sundar Pichai və digər şirkət rəhbərləri iştirak ediblər. Elon Musk isə qonaqlar arasında olmayıb, onun yerinə OpenAI rəhbəri Sam Altman dəvət olunub.

    Prezident Trump görüşdə əsas diqqəti texnologiya şirkətlərinin ABŞ iqtisadiyyatına yatırdığı sərmayələrə yönəldib. Zuckerberg və Cook hər biri 600 milyard dollarlıq sərmayəni açıqlayıb, Pichai isə 250 milyard dollarlıq yatırımı vurğulayıb. Microsoft rəhbəri Satya Nadella isə illik 80 milyard dollara qədər sərmayə qoyduqlarını bildirib. Trump bu rəqəmləri məmnunluqla qarşılayıb.

    Bill Gates görüşdə Trampın COVID-19 dövründəki “Warp Speed” təşəbbüsünü yüksək qiymətləndirib və hazırda qlobal səhiyyə sahəsində yeni mərhələyə qədəm qoyduğunu bildirib. Gates, polio, HİV və oraqvari hüceyrə anemiyası kimi xəstəliklərin müalicəsi istiqamətində Tramp administrasiyası ilə əməkdaşlıq etdiklərini qeyd edib.

    Google rəhbəri Sundar Pichai isə Trampa məhkəmənin antitrest qərarını müsbət qiymətləndirdiyini deyib. ABŞ məhkəməsi Google-un Chrome brauzerinin satılmasına dair ədliyyə nazirliyinin tələblərini rədd edərək, şirkətə nisbətən yumşaq sanksiya tətbiq edib. Bu qərar Google-un ana şirkəti “Alphabet”in səhmlərini rekord səviyyəyə yüksəldib.

    Eyni zamanda görüş zamanı prezident Tramp beynəlxalq gündəmə də münasibət bildirib. O, yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə danışacağını, bundan öncə isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon əlaqəsi saxladığını açıqlayıb.

    Daxili siyasətlə bağlı suala cavab verən prezident, Nyu-York meri seçkilərində demokrat namizəd Zohra Mamdaniyə üstünlük verilməsini “təəccüblü” adlandırıb. Tramp, rəqabətin birbaşa ikitərəfli mübarizəyə çevrilməsini istədiyini vurğulayıb.

    Donald Tramp, səhiyyə naziri Robert F. Kennedi ilə bağlı Senat dinləmələrinə toxunaraq, onun “yaxşı niyyətli” olduğunu, fərqli baxışlara malik olsa da hörmətlə yanaşdığını deyib. Dinləmələrdə vaksin siyasəti və səhiyyə islahatları müzakirə olunub.

    Prezident iqtisadi göstəricilərlə bağlı suallara da cavab verib. Tramp işsizlik hesabatını “əsl rəqəmlərin gələcəkdə görünəcəyini” bildirərək şərh edib. Onun sözlərinə görə, hazırkı göstəricilər əsasən tikinti sektoruna aiddir, lakin yaxın illərdə rekord nəticələr gözlənilir.

    Toplantılar süni intellektin təhsil, səhiyyə və iqtisadiyyatdakı rolu ilə yanaşı, ABŞ siyasətində texnologiya sənayesi ilə dövlət arasında formalaşan yeni münasibətlərin də göstəricisi olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR