Bu ilin ilk altı ayında Avropa İttifaqında (Aİ) sığınacaq üçün müraciətlərin sayı 23 % azalıb. Buna səbəb suriyalıların sayının əhəmiyyətli dərəcədə azalması olub.
Bu barədə Avropa İttifaqı Sığınacaq Agentliyi (EUAA) bildirib.
Agentliyin məlumatına görə, suriyalılar Aİ-nin 27 ölkəsində, həmçinin İsveçrə və Norveçdə 25 minə yaxın sığınacaq üçün müraciət edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66 % azdır.
Buna səbəb kimi 2024-cü ilin dekabrında Suriya hökumətinin dəyişməsi göstərilir.
"Yeni Suriya hakimiyyəti bərpanın tərəfdarı olduğu üçün bir çox suriyalı evlərinə qayıtmağa daha çox ümid edir", - EUAA-nın hesabatında bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.