AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərəb və müsəlman ölkələri Trampın planını dəstəkləyən birgə bəyanat yayıb

  • + A
  • - A
  • Bu gün, 15:23

    Ərəb və müsəlman ölkələri Trampın planını dəstəkləyən birgə bəyanat yayıb


    Ərəb və müsəlman ölkələri ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli ilə bağlı sülh planını dəstəkləyən birgə bəyanat yayıb.

    BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Misir, İordaniya, İndoneziya, Pakistan, Türkiyə XİN-ləri birgə bəyanat yayaraq, hərtərəfli saziş vasitəsilə Qəzzada müharibəni dayandırmaq üçün Birləşmiş Ştatlarla işləməyə sadiq olduqlarını təsdiqləyiblər.

    Ölkələr Trampın planının əsas bəndlərinin - Qəzza zolağına humanitar yardımın maneəsiz çatdırılmasının, fələstinlilərin məcburi köçürülməsindən imtina edilməsinin və israilli girovların azad edilməsinin həyati əhəmiyyətini vurğulayır.

    Bəyanatda qeyd olunur ki, saziş bütün tərəflərin təhlükəsizliyini təmin edən mexanizmi özündə ehtiva etməlidir. Həmçinin İsrail qoşunlarının tam çıxarılmasının və Qəzza zolağının bərpasının vacibliyi vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR