AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

EVERESTDƏ ÇIXILMAZ VƏZİYYƏTDƏ QALAN 900 NƏFƏR XİLAS EDİLİB

  • + A
  • - A
  • Bu gün, 11:36

    EVERESTDƏ ÇIXILMAZ VƏZİYYƏTDƏ QALAN 900 NƏFƏR XİLAS EDİLİB

    Everest dağının Çin tərəfində baş verən güclü qar fırtınası nəticəsində dağlarda çıxılmaz vəziyyətdə qalan təxminən 900 nəfər—turistlər, bələdçilər və digər əməkdaşlar—təhlükəsiz yerə çatdırılıb.Çin mediasının verdiyi məlumata görə, bölgəyə güclü qar və fırtına yağıb. Nəticədə, 4,900 metr hündürlükdə çadırlarda gecələyən qruplarla əlaqə kəsilib.

    Rəsmilərin verdiyi məlumata görə, ümumilikdə 580 turist və 300-dən çox bələdçi, yak çobanı və digər yerli işçi bölgədə təcrid olunub.

    Bəzituristlərdə hipotermiya əlamətləri müşahidə olunub. Xinhua dövlət agentliyi bildirir ki, təxminən on nəfər xüsusi qruplar tərəfindən yemək, dərman, istilik və oksigenlə təmin olunaraq görüş nöqtəsinə çatdırılıb.

    Hazırda Everest zirvəsinin Tibetdə yerləşən Çin hissəsindəki turistik bölgə müvəqqəti olaraq bağlanıb. Dünyanın ən yüksək zirvəsi olan Everest (8,850 metr) Çin ilə Nepal sərhədində yerləşir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR