İsrail ordusu Xan Yunis və Qəzza şəhərlərinə hava hücumları həyata keçirib.
Xan Yunis və Qəzza şəhərləri İsrail tərəfindən hava zərbələri və top atəşlərinə məruz qalıb.
İtkilər barədə məlumat verilməyib.
Həmçinin İsrail ordusu bir hərbçisinin snayper atəşi nəticəsində həlak olduğunu açıqlayıb.
Xatırladaq ki, daha əvvəl CNN Qəzza zolağında İsraillə HƏMAS arasında davamlı atəşkəs əldə edildikdən sonra azı 30 fələstinlinin həlak olduğu barədə məlumat yayıb.
"Al Jazeera" isə İsrail ordusunun hökumət tərəfindən atəşkəs sazişinin təsdiqlənməsindən sonra Qəzzaya zərbələrin endirilməsinin dayandırıldığını bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.