AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

HƏMAS daha 2 girovun cəsədini verəcək

  • + A
  • - A
  • Dünən, 22:36

    HƏMAS daha 2 girovun cəsədini verəcək

    HƏMAS bu gün daha iki ölən girovun cəsədini təhvil verəcəyini açıqlayıb.

    Bu barədə "The Times of Israel" hərəkatın rəsmi açıqlamasına istinadən məlumat yayıb.

    Təhvil-təslim İsrail vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 21:00) baş tutmalı idi.

    Beynəlxalq Qırmızı Xaç Komitəsinin yüksək rütbəli rəsmisi portala iki girovun cəsədini alacaqlarını gözlədiklərini təsdiqləyib. HƏMAS onların adlarını açıqlamayıb.

    HƏMAS daha əvvəl 8 nəfərin cəsədini İsrailə qaytarıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR