AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp HƏMAS hərəkatını tamamilə məhv etməklə hədələyib

  • + A
  • - A
  • Dünən, 22:26

    Tramp HƏMAS hərəkatını tamamilə məhv etməklə hədələyib

    ABŞ prezidenti Donald Tramp Fələstinin "HƏMAS" hərəkatını tamamilə məhv etməklə hədələyib.

    O, bu barədə sosial media hesabında yazıb.

    "Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam edərsə, razılaşmada nəzərdə tutulmayan bir şey, bizim içəri girib onları öldürməkdən başqa çarəmiz qalmayacaq. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!", - Trampın yazısında deyilir.

    Xatırladaq ki, ABŞ, Türkiyə, Qətər və Misir liderləri oktyabrın 13-də Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammiti çərçivəsində Qəzza zolağında yekun atəşkəs sazişi imzalayıblar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR