Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən “Avangard” hərbi zavodunda güclü partlayış baş verib.
Hadisə nəticəsində 3 qadın həlak olub, 5 nəfər isə xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Başqırdıstanın rəhbəri Radi Xabirov teleqram kanalındakı paylaşımında bildirib ki, partlayış zamanı zavodun binalarından biri dağılıb, həlak olanlardan biri 2002-ci il təvəllüdlü gənc qızdır.
Qeyd edək ki, “Avangard” müəssisəsi Rusiyanın ən iri müdafiə sənayesi obyektlərindən biridir və dövlət sifarişi ilə hərbi məhsullar istehsal edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.