Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Böyük Britaniyanın Baş naziri Kir Starmeri rəsmi mərasimlə qarşılayıb.
Bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.
Bildirilib ki, Starmerin kortejini Prezident Sarayının qarşısında atlı süvarilər müşayiət edib. Rəsmi mərasim zamanı hər iki ölkənin dövlət himnləri səsləndirilib Məlumata görə, Ərdoğan və Starmerin ikitərəfli görüşdən sonra anlaşmaların imzalanması mərasimi və birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
Mərasimdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Güler, Prezidentin kommunikasiya rəhbəri Burhaneddin Duran və digər rəsmi şəxslər iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.