Vyetnamda daşqınlar nəticəsində azı 9 nəfər ölüb, 5 nəfər itkin düşüb

Mərkəzi Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 9 nəfər həlak olub, daha 5 nəfər itkin düşüb. Bu barədə yerli hökumət məlumat yayıb.
Məlumata görə, ölkənin ən məşhur çimərliklərindən birinin yerləşdiyi Dananqda və qədim Hoi An şəhərində altı nəfər həlak olub.
Daşqınlar həmçinin, əsasən ölkənin əsas turizm zonaları olan Hue və Hoi Anda 103 mindən çox evi su basıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.