ABŞ-nin Federal Prokurorluğu, həddi-büluğa çatmayanlara qarşı təcavüzdə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynə Prezident Donald Trampa qarşı ifadə verməyə razılıq müqabilində azadlığa buraxılmağı təklif ediblər.
Bu barədə "New York Post" qəzeti Nyu-Yorkdakı islah mərkəzində iş adamının keçmiş kamera yoldaşı Nikolas Tartalyoneyə istinadən məlumat yayıb.
Tartalyonenin sözlərinə görə, prokurorlar Epşteynə bildiriblər ki, əgər Prezident Trampın onun cinayətlərində iştirak etdiyini desə, azadlığa çıxa bilər. Tartalyone bunu iyul ayında əfv ərizəsində yazıb. Sənəddə söhbətin hansı cinayətlərdən getdiyi dəqiqləşdirilmir. Onun sözlərinə görə, Epşteynin özü Trampın cinayətlərdə iştirakını rədd edib.
Epşteyn 6 iyul 2019-cu ildə həbs edilib. Nyu-York ştatının Prokurorluğu iddia edib ki, o, 2002-2005-ci illərdə Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qız gətirib, onlardan ən kiçiyi 14 yaşında olub. Onun tanışları arasında keçmiş dövlət başçıları, iş adamları və məşhurlar da daxil olmaqla, ABŞ-dən və xaricdən çoxsaylı nüfuzlu şəxslər olub.
10 avqust 2019-cu ildə Epşteyn həbsxanada intihar edib və bundan sonra cinayət işi dayandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.