AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İQLİM DƏYİŞİKLİYİ QASIRĞANIN DAĞIDICI GÜCÜNÜ ARTIRIB

  • + A
  • - A
  • Dünən, 12:58

    İQLİM DƏYİŞİKLİYİ QASIRĞANIN DAĞIDICI GÜCÜNÜ ARTIRIB

    Beynəlxalq alimlər qrupu müəyyən edib ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi “Melissa” qasırğasının gücünü və dağıdıcı təsirini əhəmiyyətli dərəcədə artırıb.

    Tədqiqatın nəticələrinə görə, qasırğa zamanı küləklərin maksimal sürəti 7 faiz, intensiv yağıntılar isə 16 faiz çox olub. Bu, Karib hövzəsində okean sularının sənayeöncəsi dövrlə müqayisədə 1,4 dərəcə Selsi daha isti olması ilə əlaqələndirilir.

    “Melissa” Yamayka, Haiti, Dominikan Respublikası və Kubada genişmiqyaslı dağıntılara, torpaq sürüşmələrinə və insan tələfatına səbəb olub. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qlobal istiləşmə tropik qasırğaların daha sürətlə güclənməsinə və regionlarda dağıdıcı nəticələr doğurmasına şərait yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR