Yaponiya ordusu ayı ovuna kömək məqsədilə ölkənin şimal dağlıq ərazilərinə hərbçi göndərib.
Bu barədə "Reuters" agentliyi xəbər verir.
Məlumata görə, ordu qüvvələri sakinlərə qarşı çoxsaylı ayı hücumları ilə əlaqədar yerli hökumət orqanlarının müraciəti əsasında əraziyə çağırılıb.
Yerli əhalidən bir neçə həftədir ki, sıx meşəliklərə getməmək və hava qaraldıqdan sonra evdən çıxmamaq xahiş olunur.
Məlumata görə, ilin əvvəlindən bəri Yaponiyada insanlara qarşı 100-dən çox ayı hücumu qeydə alınıb, nəticədə 12 nəfər həyatını itirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.