AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaşar Gülər: Təyyarənin qara qutusunun oxunması iki ay vaxt aparacaq

  • + A
  • - A
  • 17-11-2025, 22:18

    Yaşar Gülər: Təyyarənin qara qutusunun oxunması iki ay vaxt aparacaq

    Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin "qara qutu"sunun oxunması iki ay vaxt aparacaq.

    "Habertürk" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

    O söyləyib ki, ilkin nəticələrin əldə edilməsi prosesi ən azı 2 ay çəkir.

    Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR