BMT ABŞ-NİN QƏZZAYA DAİR QƏTNAMƏ LAYİHƏSİNİ TƏSDİQLƏDİ

BMT Təhlükəsizlik Şurası ABŞ-ın Qəzzaya dair planını təsdiqləyib. Qətnamə beynəlxalq sabitləşdirmə qüvvəsinin məhv edilmiş ərazidə təhlükəsizliyi təmin etməsini və gələcəkdə müstəqil Fələstin dövləti üçün mümkün yolu müəyyən edir.
Səsvermədə Rusiya və Çin bitərəf qaldı, digər 13 üzv ölkə qətnaməni dəstəkləYİB.
Qətnamə İsrail ilə Həmas arasında iki illik müharibədən sonra Qəzzanın gələcəyi üçün vacib addım sayılır. Beynəlxalq qüvvələrə qoşulmaq istədiklərini bildirən ərəb və digər müsəlman ölkələri Təhlükəsizlik Şurasının təsdiqini zəruri hesab edirdi.
Sənəd Prezident Donald Trampın 20 maddəlik atəşkəs planını dəstəkləyir. Plan hələ yaradılmamış “Sülh Şurası”nın keçid hakimiyyəti funksiyasını yerinə yetirməsini və Trampın şuranın rəhbəri olmasını nəzərdə tutur. Həmçinin, qətnamə sabitləşdirmə qüvvəsinə sərhədləri nəzarət etmək, təhlükəsizliyi təmin etmək və ərazini TƏRK SİLAH səlahiyyəti verir. Qüvvə və şura üçün səlahiyyət 2027-ci ilin sonuna qədərdir.
ABŞ-ın səfiri Mayk Volts qətnaməni “tarixi və konstruktiv” adlandıraraq, onun sabit və inkişaf edə biləcək Qəzza üçün mühüm addım olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasına (TŞ) üzv dövlətlərə Vaşinqton administrasiyasının Qəzza sektoru üzrə sülh planını dəstəkləyən qətnaməsini qəbul etdiklərinə görə minnətdarlığını bildirib.
"Bütün dünyanı bir neçə dəqiqə əvvəl keçirilən BMT TŞ-nin inanılmaz səsverməsi münasibətilə təbrik edirəm. Onun nəticəsində Sülh Şurası tanındı və təsdiq edildi. Mən ona rəhbərlik edəcəyəm, şuraya dünyanın ən nüfuzlu və hörmətli liderləri daxil olacaq
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.