AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

RUSİYA 1000 UKRAYNALI HƏRBÇİNİN MEYİTİNİ QAYTARIB

  • + A
  • - A
  • Bu gün, 16:49

    RUSİYA 1000 UKRAYNALI HƏRBÇİNİN MEYİTİNİ QAYTARIB


    Ukrayna bildirib ki, Rusiya 1.000 nəfər həlak olmuş ukraynalı hərbçinin cəsədini təhvil verib. Məlumatı Ukraynanın Hərbi ƏsirlƏrla İş üzrə Koordinasiya Mərkəzi açıqlayıb. Qurumun məlumatına görə, daxili işlər orqanlarının istintaq qrupları və aidiyyəti ekspert qurumlar yaxın günlərdə repatriasiya olunan cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi üçün bütün zəruri ekspertizaları həyata keçirəcək.

    2022-ci il fevralın 24-dən başlayan müharibə dövründə Kiyev və Moskva minlərlə cəsədin qarşılıqlı təhvilini həyata keçirib. Ukrayna tərəfi daha əvvəl Rusiyanı cəsədləri nizamsız şəkildə göndərməkdə və bəzən rus hərbçilərinin cəsədlərini ukraynalılar kimi təqdim etməkdə ittiham edib. Moskva bu iddiaları qəbul etmir.

    Son aylarda cəsəd mübadiləsi mütəmadi xarakter alıb. Sentyabrın 18-də Rusiya 1.000 cəsədi, oktyabrın 23-də isə daha 1.000 cəsədi Ukraynaya təhvil verib.

    MÜHARİBƏNİN BAŞLANĞICINDAN BƏRİ, SON 4 İLDƏ Zelenski Rusiyanın minlərlə itki verdiyini bildirib. Moskvanın məlumatına görə, hazırda 700 mindən çox Rusiya hərbçisi Ukrayna cəbhəsində döyüşür.

    Ukrayna tərəfi on minlərlə hərbçinin həlak olduğunu bildirir, lakin nə Kiyev, nə də Moskva itkilərlə bağlı müntəzəm rəsmi statistika açıqlamır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR