AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp bunu şərh etməkdən imtina edib

  • + A
  • - A
  • 8-01-2026, 13:24

    Tramp bunu şərh etməkdən imtina edib

    ABŞ Prezidenti Donald Tramp Nikolas Maduro hökumətinin vitse-prezidenti Delsi Rodriqezi Venesuelanın yeni lideri kimi tanıdığını, amma müxalifət lideri Maria Korina Maçadonu dəstəkləməməsini şərh etməkdən imtina edib.

    "The New York Times" qəzetinə müsahibəsində Tramp həmçinin Rodriqezlə şəxsən danışıqlar aparıb-aparmadığı barədə şərh verməkdən də yayınıb.

    "Lakin Marko (ABŞ dövlət katibi Marko Rubio - red.) onunla daim danışır", - o bildirib.

    D.Trampın sözlərinə görə, Vaşinqton "onunla və onun administrasiyası ilə daimi əlaqədədir".

    Venesuelanın hökuməti ölkənin neftinə çıxışı bloklasa, ABŞ-nin ora qoşun daxil edib-etməməsinə dair suala Tramp bunu indi cavablandıra bilməyəcəyini bildirib.

    "Həqiqətən də bunu sizə demək istəməzdim, amma onlar bizə böyük hörmətlə yanaşırlar. Bildiyiniz kimi, hazırda orada olan administrasiya ilə çox yaxşı münasibətlər var", - deyə o vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR