AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ və Rusiya arasında hərbi dialoq bərpa olunur

  • + A
  • - A
  • 5-02-2026, 19:53

    ABŞ və Rusiya arasında hərbi dialoq bərpa olunur

    ABŞ hərbi qurumları Vaşinqton və Moskva arasında yüksək səviyyəli hərbi–hərbi dialoqun yenidən qurulması barədə razılığın əldə olunduğunu açıqlayıb. Məlumata görə, razılaşma Əbu-Dabidə keçirilən danışıqlardan sonra əldə edilib. Bu barədə Reuters agentliyi xəbər verir.

    ABŞ hərbi dairələrinin yaydığı bəyanatda bildirilib ki, dialoqun bərpasında əsas məqsəd tərəflər arasında yanlış hesablamaların və mümkün eskalasiyanın qarşısını almaqdır. Qeyd olunub ki, hərbi qurumlar arasında əlaqələrin saxlanılması qlobal sabitlik və sülh üçün mühüm amildir.

    “Ordular arasında dialoqun davam etdirilməsi qlobal sabitlik və sülhün vacib tərkib hissəsidir. Bu, yalnız güc üzərində qurula bilər və eyni zamanda şəffaflığın artırılması və gərginliyin azaldılması üçün imkan yaradır”, – deyə bəyanatda vurğulanıb.

    Xəbərdə qeyd edilir ki, hərbi dialoqun yenidən qurulması ABŞ Avropa Komandanlığının rəhbəri, general Aleksus Qrinkeviçin Əbu-Dabidə Rusiya və Ukraynanın yüksək rütbəli hərbi rəsmiləri ilə apardığı danışıqlardan sonra mümkün olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR