AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ daha bir neft tankerini ələ keçirdi

  • + A
  • - A
  • 9-02-2026, 20:30

    ABŞ daha bir neft tankerini ələ keçirdi

    ABŞ ordusu Hind okeanında sanksiya qaydalarını pozmaqda şübhəli bilinən növbəti neft tankerini ələ keçirib.

    Bu barədə Pentaqonun sosial media hesabında məlumat yayılıb.

    Rəsmi bəyanatda ABŞ hərbçilərinin “Aquila II” adlı gəmiyə daxil olaraq onu insidentsiz şəkildə saxladığı bildirilir. Əməliyyat ABŞ Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında həyata keçirilib. Pentaqonun iddiasına görə, sözügedən tanker Karib dənizində sanksiya tətbiq edilən gəmilər üçün müəyyən olunmuş karantin qaydalarını pozub. ABŞ hərbi dəniz qüvvələri gəmini Karib dənizindən Hind okeanına qədər olan marşrut boyunca izləyiblər.

    Xatırladaq ki, bu, son bir ayda ABŞ-nin həyata keçirdiyi növbəti oxşar əməliyyatdır. Belə ki, yanvarın 7-də Rusiya bayrağı altında üzən “M/V Bella 1” (“Mariner”) tankeri də Şimali Atlantikada saxlanılmışdı. ABŞ rəsmiləri həmin gəminin Venesuela neftini daşıyan “kölgə donanması”nın bir hissəsi olduğunu və heyətə qarşı rəsmi ittihamların irəli sürüləcəyini bəyan etmişdilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR