AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan Vaşinqtona gedəcək - Tramp dəvət edib

  • + A
  • - A
  • 9-02-2026, 20:26

    Paşinyan Vaşinqtona gedəcək - Tramp dəvət edib

    Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə fevralın 19-da Vaşinqtonda Qəzza Sülh Şurası liderlərinin ilk toplantısında iştirak edəcək.

    Bu barədə Baş nazir Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ-nin vitse-prezidenti Ceyms Di Venslə birgə mətbuat konfransı zamanı məlumat verib.

    Paşinyan Prezident Trampın dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirib.

    Xatırladaq ki, D. Trampın təşəbbüsü ilə yaradılan və Yaxın Şərqdə sülhün bərqərar olunmasını hədəfləyən sözügedən nüfuzlu Şuranın nizamnaməsi yanvarın 22-də Davosda imzalanıb. Hazırda Sülh Şurasına ümumilikdə 27 ölkə üzvdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR