AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu tarixdə HƏMAS-ın tərksilah prosesinə başlanılacaq

  • + A
  • - A
  • 15-02-2026, 11:00

    Bu tarixdə HƏMAS-ın tərksilah prosesinə başlanılacaq

    HƏMAS hərəkatının tərksilah prosesinin mart ayında başlaması planlaşdırılır.

    Bu haqda “Kan” televiziyası “Sülh Şurası”dakı mənbələrə istinadən məlumat yayıb.

    Bildirilir ki, HƏMAS-ın tərksilahı Qəzzada yeni texnokratik hökumət işə başladıqdan və əvvəllər radikal hərəkatın əlində olan səlahiyyətləri öz üzərinə götürdükdən sonra başlayacaq.

    Vurğulanır ki, Qəzzanın hərbsizləşdiriləcək ilk ərazisi Fələstin anklavının cənubundakı “Rəfah” olacaq.

    Qeyd edək ki, fevralın 19-da ABŞ paytaxtında “Sülh Şurası”na üzv ölkələrin liderlərinin ilk iclasının keçirilməsi planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR