AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəzzaya hava zərbəsi - 8 nəfər öldü

  • + A
  • - A
  • 15-02-2026, 13:00

    Qəzzaya hava zərbəsi - 8 nəfər öldü

    İsrail Ordusunun gecə saatlarında Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 8 nəfər ölüb.

    Qəzzanın cənubundakı Xan-Yunis bölgəsində endirilən zərbə nəticəsində dörd nəfər həyatını itirib. Daha dörd nəfər isə sektorun şimalında, Cəbəliyyə yaxınlığında endirilən zərbə nəticəsində ölüb.

    Hazırda İsrail Ordusu məlumatlara rəsmi münasibət bildirməyib. "The Times of Israel" isə yazıb ki, zərbələr ötən gecə beş silahlı şəxsin “sarı xətt” adlandırılan ərazidə İsrail tərəfdə yerləşən hərbçilərə yaxınlaşmasından sonra endirilib. İsrail Ordusu belə halları atəşkəs rejiminin “kobud şəkildə pozulması” kimi qiymətləndirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR