Rusiyada "Yamal" aviaşirkətinə məxsus "Mi-8" tipli helikopter Panayevsk - Yar-Sale marşrutu üzrə reysi yerinə yetirərkən sərt eniş edib.
Bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
"İlkin məlumatlara görə, fevralın 21-də "Yamal" aviaşirkətinə məxsus Mi-8 tipli helikopter Panayevsk - Yar-Sale marşrutu üzrə reysi yerinə yetirərkən sərt eniş edib", - mətbuat xidmətindən qeyd edilib.
Bidirillib ki, helikopterin göyərtəsində üç ekipaj üzvü və yeddi sərnişin olub. Məlumata görə, hər kəs sağdır.
Hadisənin səbəbləri araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.