AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BRİTANİYANIN ABŞ-DƏKİ KEÇMİŞ SƏFİRİ GİROV MÜQABİLİNDƏ HƏBSDƏN AZAD EDİLİB

  • + A
  • - A
  • Bu gün, 12:25

    BRİTANİYANIN ABŞ-DƏKİ KEÇMİŞ SƏFİRİ GİROV MÜQABİLİNDƏ HƏBSDƏN AZAD EDİLİB


    Böyük Britaniyada sabiq diplomatla bağlı qalmaqal gündəmdədir.

    Britaniya polisi ABŞ-dakı keçmiş səfir, 72 yaşlı Piter Mandelsonun vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanıldığını açıqlayıb. Araşdırma onun mərhum amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri fonunda aparılır.

    Metropoliten Polisi gecə saatlarında yaydığı rəsmi bəyanatda bildirib ki, ictimai vəzifədə qanunsuz davranış şübhəsi ilə saxlanılan 72 yaşlı şəxs əlavə istintaq tədbirləri müddətində zaminə buraxılıb. Britaniya hüquq-mühafizə orqanlarının praktikasına uyğun olaraq şübhəlinin adı açıqlanmasa da, yerli media onun məhz sabiq səfir Piter Mandelson olduğunu təsdiqləyib.

    Məlumata görə, Mandelson bazar ertəsi günortadan sonra Londondakı evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb.

    Eyni istintaq çərçivəsində daha əvvəl Britaniya kral ailəsinin üzvü olmuş Endryu Mauntbatten-Vindzor – keçmiş şahzadə Endryu da saxlanılmışdı. Hər iki şəxs Böyük Britaniya hökumətinə aid məlumatların nüfuzdan düşmüş amerikalı maliyyəçi Ceffri Epşteynə ötürülməsi ilə bağlı şübhə altındadır.

    Qeyd edək ki, ötən ay ABŞ Ədliyyə Nazirliyi tərəfindən Epşteynlə əlaqəli 3 milyondan çox sənədin açıqlanması bu iş üzrə araşdırmaların yeni mərhələyə keçməsinə səbəb olub. Britaniyada həyata keçirilən son həbslər isə sənədlərin ictimaiyyətə təqdim edilməsindən sonra yaranan ən səs-küylü hüquqi addımlardan biri kimi qiymətləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR