AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda bəzi universitetlər distant təhsilə keçdilər

  • + A
  • - A
  • Bu gün, 21:00

    İranda bəzi universitetlər distant təhsilə keçdilər


    İrandakı bəzi ali təhsil müəssisələri ölkədə davam edən gərginlik fonunda tədris fəaliyyətlərini ilin sonuna qədər distant həyata keçirmək qərarına gəliblər.

    Xarəzmi və İslam Azad universitetləri artıq məsələ ilə bağlı rəsmi açıqlama yayıblar.

    Bəyanatlarda təhsil prosesinin planlaşdırılmış qrafikə uyğun davam edəcəyi və heç bir fasilənin yaranmayacağı bildirilib.

    Sözügedən qərar İranda hökumət əleyhinə etirazların universitetlərə sıçramasından sonra qəbul edilib. Məlumata görə, ikinci semestrin başlaması ilə paytaxt Tehranın bəzi universitetlərində tələbə qrupları arasında şiddətli toqquşmalar baş verib və nəticədə xəsarət alanlar olub.

    Xatırladaq ki, İrandakı kütləvi etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında dükan sahiblərinin rəhbərliyi ilə başlayıb və qısa müddətdə bütün ölkəyə yayılmışdı. Cari ilin 8 yanvar tarixində paytaxtda vəziyyətin daha da kəskinləşməsindən sonra hökumət internetə çıxışı məhdudlaşdırmış, təhlükəsizlik qüvvələri isə genişmiqyaslı müdaxilələrlə aksiyaları yatırmağa çalışmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR