Tiflis meri Əbu-Dabidə ilişib qalıb

Tiflis meriyasının mətbuat xidməti meri Kaxa Kaladzenin Əbu-Dabidə ilişib qaldığını təsdiqləyib, yerli media xəbər verir.
"Şənbə və bazar günləri Tbilisi meri Kaxa Kaladze Əbu-Dabidə idi. Mövcud vəziyyətə görə o, hazırda Gürcüstana uça bilmir", - meriya bildirib.
Daha əvvəl media Kaladzenin ad gününü qeyd etmək üçün həyat yoldaşı ilə birlikdə getdiyini yazmışdı. Səfər Yaxın Şərqdə vəziyyətin pisləşdiyi, bəzi ölkələrin hava məkanını bağladığı vaxta təsadüf edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb.İranın paytaxtı Tehran və ölkənin ən böyük şəhərləri vurulub. Zərbələrdən dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib. İranın İsrail və ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazalarına raket və pilotsuz təyyarələr atdığı bildirilir.
Hücum zamanı İranın ali dini lideri Ayətullah Əli Seyid Xamenei də həlak olub.
Martın 2-də Hizbullah da İsrailə qarşı müharibəyə girdi. İsrail hərəkata qarşı hücuma başladığını elan etdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.