Kaliforniya qubernatoru: “HƏMAS məsələsi həll olunmayıbsa, İranda rejim dəyişikliyindən necə danışmaq olar?”

Gavin Newsom İranda mümkün rejim dəyişikliyi ilə bağlı müzakirələrə münasibət bildirib.
O qeyd edib ki, artıq iki ildir İsraildə Hamas məsələsi həll olunmayıbsa, İranda rejim dəyişikliyindən danışmaq real görünmür.
“Biz İranda rejim dəyişikliyindən danışırıq? Artıq iki ildir ki, İsraildə HƏMAS məsələsini belə həll etmək mümkün olmayıb”, – deyə qubernator vurğulayıb.
Nyusom, həmçinin İsrailin baş naziri Benjamin Netanyahu barədə danışaraq bildirib ki, onun daxili siyasi problemləri var.
“Netanyahunun öz daxili problemləri mövcuddur. O, həbsdən yayınmağa çalışır. Qarşıda seçkilər var. Ola bilsin ki, çətin vəziyyətdədir”, – deyə o əlavə edib.
ABŞ-ın İsrailə hərbi dəstəyini yenidən nəzərdən keçirib-keçirməməsi ilə bağlı suala cavabında Kaliforniya qubernatoru qeyd edib: “İsrailin hazırkı rəhbərliyi elə davranır ki, bəlkə də bizim başqa seçimimiz qalmayacaq”.
Qubernatorun açıqlamaları Yaxın Şərqdə gərginliyin artdığı və ABŞ-ın regiondakı rolunun geniş müzakirə olunduğu bir dövrdə səsləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.