Kiyevdə gün ərzində artıq yeddinci dəfə hava həyəcanı elan olunub.
Rəsmi əhalinin xəbərdar edilməsi resursunun məlumatına görə, Ukraynanın paytaxtında yeni hava həyəcanı əvvəlki xəbərdarlığın ləğv edilməsindən təxminən yarım saat sonra tətbiq edilib.
Hazırda hava həyəcanı Kiyev şəhəri ilə yanaşı, Kiyev, Dnepropetrovsk, Nikolayev, Kirovoqrad, Vinnitsa, Sumı, Xmelnitski, Xarkov, Çerkassı və Çerniqov vilayətlərində də davam edir.
Qeyd edək ki, avqustun 27-də Kiyevdə partlayış səslərinin eşidildiyi barədə məlumat yayılmışdı.
Bundan əvvəl, avqustun 25-nə keçən gecə Ukraynanın bir sıra yaşayış məntəqələrində güclü partlayışlar baş vermişdi. Həmin vaxt Kiyev, Xarkov, Dnepropetrovsk və digər bölgələrdə zərbələr barədə məlumatlar yayılmışdı.
Rusiya Müdafiə Nazirliyinin açıqlamalarına görə, Ukraynaya qarşı zərbələr enerji infrastrukturu, müdafiə sənayesi, hərbi idarəetmə və rabitə obyektlərinə yönəldilir.
Ukrayna ərazisində hava həyəcanlarının mütəmadi elan olunması davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.