AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vyanada 5 milyon avro dəyərində boyunbağının oğurlanması ilə bağlı axtarış elan edilib

  • + A
  • - A
  • Bu gün, 15:30

    Vyanada 5 milyon avro dəyərində boyunbağının oğurlanması ilə bağlı axtarış elan edilib


    Vyana polisi Tətbiqi İncəsənət Muzeyindən (MAK) dəyəri təxminən 5 milyon avro olan boyunbağının oğurlanmasında şübhəli bilinən iki şəxsi axtarır.

    Bu barədə Vyana polisi məlumat yayıb.

    Hadisə cümə axşamı günorta saatlarında Avstriyanın paytaxtının mərkəzində yerləşən Tətbiqi İncəsənət Muzeyində baş verib. İki naməlum şəxs sərgi eksponatının yerləşdirildiyi şüşə vitrini sındıraraq qiymətli əşyanı götürüb və hadisə yerindən qaçıb.

    Avstriya mediasının yaydığı məlumata görə, oğurlanan əşya Van Cleef markasına məxsus boyunbağı ola bilər. Zərgərlik nümunəsi muzeydə keçirilən “Glanzstücke” sərgisində nümayiş etdirilirdi.

    Polisin açıqlamasında bildirilir ki, cinayətkarlar oğurlanmış zinət əşyası ilə naməlum istiqamətdə uzaqlaşıblar. Hadisədən sonra genişmiqyaslı axtarış tədbirlərinə başlanılıb.

    Axtarışlara Vyana polisinin kinoloji bölməsinə məxsus xüsusi təlim keçmiş izsürən it də cəlb olunub.

    Polis şübhəlilərin müəyyən edilərək saxlanılması istiqamətində araşdırmaları davam etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR