AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin 2017-ci ildən bəri ilk dəfə həmin sammitdə iştirak edəcək

  • + A
  • - A
  • Bu gün, 20:30

    Putin 2017-ci ildən bəri ilk dəfə həmin sammitdə iştirak edəcək

    Rusiya Prezidenti Vladimir Putin əsas strateji istiqamətləri razılaşdırmaq məqsədilə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak edəcək.

    Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev məlumat verib.

    “Noyabrın 18-19-da Şençjendə keçiriləcək sammitdə nümayəndə heyətimizə Rusiya Prezidenti Vladimir Putin rəhbərlik edəcək və bu, onun 2017-ci ildən bəri tədbirdə şəxsən iştirakı olacaq. O, Çin lideri Si Cinpin və regionun aparıcı iqtisadiyyatlarının rəhbərləri ilə birlikdə Asiya-Sakit Okean regionunun gələcək inkişafı üçün mühüm istiqamətləri müzakirə edəcək”, - deyə Berdıyev bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR