CCTV: Nepalda yeni torpaq sürüşmələri təhlükəsi yüksək olaraq qalır

Nepalda yaxın günlərdə yeni torpaq sürüşmələrinin baş verməsi əhali üçün ciddi təhlükə yarada bilər. Bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) Çinin Su Təsərrüfatı Nazirliyinə istinadən məlumat yayıb.
Çin qurumu peyk görüntülərini şərh edərək bildirib ki, Nepal ərazisində buzlaqların çökməsi təhlükəsi hələ də qalmaqdadır. Nazirliyin qiymətləndirməsinə görə, bölgədə müxtəlif ölçülü bir neçə torpaq sürüşməsi ocağı mövcuddur. Su axınlarının təsiri nəticəsində həmin kütlələr hərəkətə gələrək insanlar üçün real təhlükə yarada bilər.
Avqustun 26-da Nepalın şimalında güclü sel baş verib. Təbii fəlakətə Çinin sərhədi yaxınlığında, Rasuvaqadhi sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən qar uçqununun səbəb olduğu bildirilir.
Nəhəng qaya və torpaq kütləsi çay yatağı boyunca böyük sürətlə 70 kilometrdən çox məsafə qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və geniş ərazilərin su altında qalmasına səbəb olub.
Son məlumatlara görə, fəlakət nəticəsində ən azı 919 nəfər ölüb, təxminən 2 min nəfər isə itkin düşmüş hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.