AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əfqanıstan ABŞ-a mineral ehtiyatlarına çıxış təklif edib

  • + A
  • - A
  • Bu gün, 16:24

    Əfqanıstan ABŞ-a mineral ehtiyatlarına çıxış təklif edib


    Əfqanıstan sanksiyaların ləğvi və dondurulmuş aktivlərin açılması məqsədilə ABŞ-a ölkənin mineral ehtiyatlarına çıxış təklif edir. Bu barədə Financial Times (FT) Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəqiyə istinadən məlumat yayıb.

    Vaşinqtonla münasibətlər barədə suala cavab verən Muttəqi bildirib ki, Əfqanıstan faydalı qazıntıların hasilatı, infrastruktur, kənd təsərrüfatı və ticarət kimi sahələrdə ABŞ investisiyalarını “şübhəsiz ki, alqışlayır”.

    Nazir qeyd edib ki, Əfqanıstan-ABŞ münasibətlərinə son 20 illik müharibə prizmasından deyil, gələcək əməkdaşlıq perspektivləri əsasında yanaşmaq lazımdır.

    Muttəqinin sözlərinə görə, ölkənin iqtisadi siyasəti xarici investisiyalar üçün açıqdır.

    FT-nin məlumatına əsasən, geoloji araşdırmalar Əfqanıstanda təxminən 1 trilyon dollar dəyərində faydalı qazıntı ehtiyatlarının olduğunu göstərir. Bunların arasında böyük mis, dəmir filizi, niobium, kobalt, qızıl və litium yataqları var.

    Bununla yanaşı, Muttəqi mineral ehtiyatlarının hasilatına investisiya təklifinin birbaşa ABŞ administrasiyasına, yəni Ağ Evə təqdim edilib-edilmədiyini dəqiqləşdirməyib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR