AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kreml: Putin və Paşinyan Bişkekdə ikitərəfli münasibətləri müzakirə edəcəklər

  • + A
  • - A
  • Bu gün, 22:15

    Kreml: Putin və Paşinyan Bişkekdə ikitərəfli münasibətləri müzakirə edəcəklər


    Kreml: Putin və Paşinyan Bişkekdə ikitərəfli münasibətləri müzakirə edəcəklər

    Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammiti çərçivəsində görüşəcəklər.

    Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qarşıdakı görüşlə bağlı açıqlamasında bildirib ki, tərəflər Rusiya-Ermənistan münasibətlərinin gündəliyindəki məsələləri müzakirə edəcəklər.
    Jurnalist Paşinyanın Bişkek səfərinin Ermənistanda müxalifət nümayəndələrinin həbsləri və İrəvanla Moskva arasında münasibətlərin dəyişdiyi barədə açıqlamalar fonunda baş tutmasına diqqət çəkib.

    Peskov bu məsələlərin iki ölkə liderləri səviyyəsində müzakirəsi üçün görüşün “əla fürsət” olduğunu bildirib.
    Putin və Paşinyanın sözügedən məsələləri görüş zamanı müzakirə edib-etməyəcəyi ilə bağlı suala Peskov “Əlbəttə” cavabını verib.
    Kremlin sözçüsü, həmçinin Rusiya və Ermənistan arasında tərəfdaşlığın iki xalqın maraqlarına uyğun olduğunu vurğulayıb.

    Görüş Moskva ilə İrəvan arasında son dövrlərdə münasibətlərin gərginləşdiyi bir vaxtda baş tutması baxımından xüsusi diqqət çəkir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR