ABŞ və Rusiyanın maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı “sülh planı”nı müzakirə ediblər

ABŞ və Rusiyanın maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı “sülh planı”nı müzakirə ediblər
ABŞ-ın maliyyə naziri Skott Bessent və Rusiyanın maliyyə naziri Anton Siluanov ABŞ-ın Şimali Karolina ştatının Eşvill şəhərində görüşüblər.
Görüş “Böyük iyirmilik” – G20 ölkələrinin maliyyə nazirləri səviyyəsində keçirilən sammit çərçivəsində baş tutub.
ABŞ-ın CNBC telekanalının məlumatına görə, görüş zamanı ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibənin başa çatdırılması ilə bağlı irəli sürdüyü “sülh planı” müzakirə olunub.
Tərəflərin görüş zamanı Ukrayna müharibəsinin dayandırılması istiqamətində mümkün diplomatik addımları müzakirə etdikləri bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.