Moskva Paşinyanın Rusiya ilə strateji tərəfdaşlıqla bağlı mövqeyi ilə razılaşmır

Moskva Paşinyanın Rusiya ilə strateji tərəfdaşlıqla bağlı mövqeyi ilə razılaşmır
Rusiya Ermənistanla strateji tərəfdaşlığın iki ölkə xalqlarının maraqlarına və mənafelərinə uyğun olduğunu düşünür.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti”yə müsahibəsində bildirib.
Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ermənistan üçün strateji tərəfdaş olmadığı barədə açıqlamasına münasibət bildirib.
“Baş nazir Ermənistan Nikol Paşinyan Rusiyanın strateji tərəfdaş olmadığını deyib. Biz isə hələ də hesab edirik ki, iki ölkə arasında tərəfdaşlıq hər iki xalqın mənafeyinə və maraqlarına uyğundur”, – deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü əlavə edib ki, əgər Paşinyan fərqli mövqedədirsə və bu mövqeyini Ermənistan vətəndaşlarına əsaslandıra bilirsə, o zaman erməni xalqı referendum keçiriləcəyi təqdirdə məsələyə münasibətini bildirə bilər.
Beləliklə, Moskva İrəvanın Rusiya ilə münasibətlərə yanaşmasında baş verən dəyişikliklə razılaşmadığını bir daha nümayiş etdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.