Almaniya kansleri siyasətçilərin populyarlıq reytinqində yenidən sonuncu olub

Almaniya kansleri Fridrix Merz siyasətçilərin populyarlıq reytinqində yenidən sonuncu pillədə qərarlaşıb. Bu barədə Almaniyanın Bild qəzeti INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Araşdırma çərçivəsində siyasətçilər 0-dan 10-a qədər şkala üzrə qiymətləndirilib. 0 bal “çox pis”, 10 bal isə “çox yaxşı” qiymətləndirməni ifadə edib. Ümumilikdə 20 siyasətçi topladıqları orta bal əsasında sıralanıb.
Nəticələrə görə, Fridrix Merz 2,57 bal toplayaraq reytinqin sonuncu pilləsində yer alıb.
Reytinqə Almaniyanın müdafiə naziri Boris Pistorius başçılıq edib. O, 4,81 bal toplayıb. İkinci yerdə Baden-Vürtemberq federal torpağının baş naziri Cem Özdemir (4,33 bal), üçüncü yerdə isə Şimali Reyn-Vestfaliya federal torpağının baş naziri Hendrik Vüst (4,10 bal) qərarlaşıb.
Müxalifətdə olan sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alisa Vaydel 3,78 bal toplayaraq 10-cu, “Sahra Vaqenknext İttifaqı – Ağıl və Ədalət Uğrunda” partiyasının təsisçisi Sahra Vaqenknext isə 3,54 bal toplayaraq 13-cü olub.
Sorğu 28–31 avqust tarixlərində keçirilib. Araşdırmada neçə nəfərin iştirak etdiyi və statistik xəta göstəricisi açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.