AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kallas: Aİ 2023-cü ildən Kiyev üçün 6,6 milyard avronu blokdan çıxara bilmir

  • + A
  • - A
  • Bu gün, 16:21

    Kallas: Aİ 2023-cü ildən Kiyev üçün 6,6 milyard avronu blokdan çıxara bilmir


    Avropa İttifaqının (Aİ) hərbi əməliyyatların başlanmasından sonra Ukraynaya silah tədarükünü maliyyələşdirdiyi Avropa Sülh Fondunda 2023-cü ildən etibarən 6,6 milyard avro bloklanmış vəziyyətdə qalır. Aİ bu vəsaiti üzv ölkələr arasında yaranan fikir ayrılıqları səbəbindən Kiyevə ötürə bilmir.

    Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İrlandiyada Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Druid’s Glen” kurortuna gələrkən bildirib.

    Kallasın sözlərinə görə, Aİ hazırda Avropa Sülh Fondundakı vəsaitlərin blokdan çıxarılması üzərində fəal işləyir.

    “Bir çox Aİ ölkəsi artıq bildirib ki, bu məsələ yaxın günlərdə həll olunarsa, onlara çatacaq vəsaiti Ukraynaya verməyə hazırdırlar. Bilirik ki, Avropa Sülh Fondunda 6,6 milyard avro bloklanıb. Hazırda bu vəsaitin hansı hissəsinin Ukraynaya, hansı hissəsinin isə Aİ ölkələrinə yönəldiləcəyi ilə bağlı müzakirələr aparılır”, – Kallas deyib.

    O qeyd edib ki, əsas məsələ bloklanmış vəsaitin necə bölüşdürülməsi ilə bağlı üzv dövlətlər arasında razılığın əldə olunmasıdır


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR