AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp İran hədəflərinə qarşı genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb.

  • + A
  • - A
  • Bu gün, 22:12

    Tramp İran hədəflərinə qarşı genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb.


    ABŞ Prezidenti Donald Tramp ABŞ hərbi qüvvələrinin Hörmüz boğazı yaxınlığında İran hədəflərinə qarşı genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb. O, əməliyyatın İranın strateji dəniz yolunda minalar yerləşdirmək cəhdi və İordaniyadakı ABŞ hərbi bazasına raket hücumuna cavab olaraq həyata keçirildiyini bildirib.

    Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. ABŞ prezidentinin sözlərinə görə, İranın Hörmüz boğazında yerləşdirməyə çalışdığı minalar tamamilə zərərsizləşdirilib və ya məhv edilib.

    ABŞ lideri həmçinin qeyd edib ki, İran İordaniyadakı Amerika hərbi bazasına səkkiz raket atıb, lakin onların hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
    “Hazırda ABŞ qüvvələri Hörmüz boğazı bölgəsində İran hədəflərinə güclü və genişmiqyaslı zərbələr endirir”, – deyə Tramp bildirib.

    O, əməliyyatı İranın addımlarına cavab kimi qiymətləndirib və Tehrana mümkün cavab hücumu ilə bağlı xəbərdarlıq edib. Trampın sözlərinə görə, İranın cavab addımı atacağı təqdirdə ABŞ daha sərt və daha böyük hərbi əməliyyatlara əl ata bilər.

    ABŞ prezidentinin bəyanatı Hörmüz boğazı ətrafında gərginliyin yenidən artdığı bir vaxta təsadüf edir. Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid obyektlərə qarşı əməliyyatların başlandığını açıqlamışdı. Vaşinqton bu addımı bölgədə kommersiya gəmiçiliyinə və ABŞ hərbçilərinə qarşı təhdidlərlə əlaqələndirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR