Oman Sultanı Heysəm bin Tariq Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə görüş keçirib. Görüşdə iki ölkə arasındakı münasibətlər, eləcə də regionda mövcud vəziyyət müzakirə olunub.
Tərəflər Maskat və Ər-Riyad arasında əməkdaşlığın perspektivli istiqamətlərinə toxunub, həmçinin beynəlxalq gündəmlə bağlı fikir mübadiləsi aparıblar.
Xüsusilə siyasətçilər regionda deeskalasiyanın yollarını, təhlükəsizlik və sabitliyin təmin olunması perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, bundan əvvəl Oman ABŞ-ın İrana qarşı tətbiq etdiyi məhdudiyyətlərə qarşı çıxaraq, belə addımların region iqtisadiyyatı üçün mənfi nəticələrə səbəb olduğunu bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.