Sudanda qızıl mədənində uçqun: 11 nəfər ölüb, 30 nəfər yaralanıb

Sudanın şimal-şərqində qızıl mədənində baş verən uçqun nəticəsində azı 11 nəfər ölüb, 30-a yaxın insan yaralanıb.
Bu barədə Associated Press (AP) yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Hadisə ölkənin şimal-şərqində yerləşən ucqar Oni bölgəsində baş verib. Şahidlərin sözlərinə görə, uçqun şənbə günü axşam saatlarında başlayıb.
Sudanese Mineral Resources Co. dövlət şirkətinin nümayəndəsi bildirib ki, bazar gününədək uçqun altında qalan 11 nəfərin cəsədi aşkarlanıb, daha 30 nəfər isə xilas edilib.
Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam etdirilir.
Bu, Sudanda qeyri-formal qızıl mədənlərində son bir həftə ərzində baş verən ikinci böyük uçqundur. Sentyabrın 13-də ölkənin qərbində bir neçə mədəndə baş verən uçqunlar nəticəsində azı 82 nəfər həlak olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.