Paşinyan Nyu-Yorka yollandı

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfərə gedib.
O, bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Səfər sentyabrın 22-dən 25-dək davam edəcək.
Səfər zamanı Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak edəcək. O, sessiyanın yüksək səviyyəli ümumi siyasi debatlarında çıxış edəcək.
Ermənistan Baş nazirinin BMT-nin Baş katibi Antonio Quterreşlə görüşü də nəzərdə tutulub.
Paşinyan çıxışının mətnini təyyarədə hazırladığını bildirib və bununla bağlı görüntülər yayımlayıb.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də başlayıb. Ümumi siyasi debatlar sentyabrın 22-dən 28-dək davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.