Marko Rubio: ABŞ Ukrayna münaqişəsinə son qoymağa ümid edir

ABŞ Ukraynada davam edən münaqişəyə son qoymağa ümid edir. Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
Rubio “Fox News” telekanalının efirində Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışarkən ABŞ-ın diplomatik səylərin nəticə verəcəyinə ümid etdiyini qeyd edib.
“Biz hələ də bununla bağlı nəsə etmək mümkün olduğuna ümid edirik”, – deyə Rubio bildirib.
ABŞ dövlət katibinin sözlərinə görə, Vaşinqton Ukrayna münaqişəsinin həlli istiqamətində imkanları nəzərdən keçirməkdə davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.