AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moldovanın hava məkanını daha bir PUA pozub

  • + A
  • - A
  • Bu gün, 18:30

    Moldovanın hava məkanını daha bir PUA pozub

    Moldova Müdafiə Nazirliyi ölkənin hava məkanında 6-cı pilotsuz uçuş aparatının (PUA) icazəsiz uçuşu barədə məlumat yayıb.

    Bu barədə nazirliyin sosial şəbəkələrdəki məlumatında bildirilir.

    PUA Udobnoye kəndi istiqamətindən Moldovanın hava məkanına daxil olub, sonra isə ölkə ərazisini tərk edib.

    Beləliklə, Moldova Milli Ordusunun radarları ölkə üzərində ümumilikdə 6 icazəsiz PUA uçuşu qeydə alıb.



    Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb.

    Bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb.

    Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığında müşahidə edilib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları Kauşanı yaşayış məntəqəsi yaxınlığında tüstülənən pilotsuz uçuş aparatının (PUA) qalıqlarını aşkar ediblər. PUA qalıqları Hinçesti rayonunun Dubrovka kəndi yaxınlığında, Delakeu və Puxeçeni kəndləri arasında da tapılıb. Krokmaz kəndində dronun üzüm bağına düşməsi nəticəsində quru bitki örtüyü yanıb, yaxınlıqdakı evin isə pəncərələri sınıb.

    İnsidenti araşdırmaq üçün polis və Milli Ordunun bölmələri hadisə yerinə gedib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR