AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Braziliyada seçkilər ikinci tura qaldı

  • + A
  • - A
  • Bu gün, 08:36

    Braziliyada seçkilər ikinci tura qaldı


    Braziliyada keçirilən prezident seçkilərinin ilk turunda senator Flavio Bolsonaro və hazırkı prezident Luiz İnasio Lula da Silva ən çox səs toplayaraq ikinci tura yüksəliblər.

    Braziliyanın Ali Seçki Məhkəməsinin (TSE) açıqladığı yekun nəticələrə əsasən, səslərin 99,99 faizi hesablandıqdan sonra Flavio Bolsonaro 47,03 faiz səslə birinci, Lula da Silva isə 45,16 faiz səslə ikinci olub.

    Beləliklə, namizədlərin heç biri prezident seçilməsi üçün tələb olunan 50 faizdən çox səsi əldə edə bilməyib və seçkinin taleyi ikinci turda müəyyənləşəcək.

    İkinci tur oktyabrın 25-də keçiriləcək. Seçkidə Flavio Bolsonaro ilə Lula da Silva qarşı-qarşıya gələcək.

    Flavio Bolsonaro Rio-de-Janeyro ştatından senator və keçmiş prezident Jair Bolsonarunun oğludur. O, prezidentliyə ilk dəfə namizədliyini irəli sürüb. Lula da Silva isə hazırkı prezidentdir və növbəti müddətə seçilməyə çalışır.

    İlk turda üçüncü yeri Augusto Cury 2,89 faiz səslə, dördüncü yeri isə Renan Santos 2,24 faiz səslə tutub.

    Braziliyada prezident seçkilərinin ikinci turunda ölkənin növbəti dövlət başçısı müəyyənləşəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR