QROZNIDA RAMZAN KADIROVUN ÇEÇENİSTAN RƏHBƏRİ VƏZİFƏSİNƏ İNAUQURASİYASI KEÇİRİLİB

Qroznıda Ramzan Kadırovun Çeçenistan Respublikasının rəhbəri vəzifəsinə inauqurasiyası keçirilib. Bu barədə RİA Novosti məlumat yayıb.
Sentyabrda keçirilən seçkilərdə “Vahid Rusiya” partiyasının namizədi Ramzan Kadırov səslərin 99,85 faizini toplayaraq qalib gəlib. Bu göstərici onun 2016 və 2021-ci illərdə keçirilən seçkilərdə əldə etdiyi nəticələrdən yüksəkdir.
Kadırov mərasimə respublika rəhbərinin köməkçisi və Təhlükəsizlik Şurasının katibi olan oğlu Adam Kadırovla birlikdə qatılıb. Onların hər ikisi milli geyimdə olub.
Andiçmə mərasimində Ramzan Kadırov vəzifəsini həyata keçirərkən vətəndaşların hüquq və azadlıqlarına hörmət edəcəyinə və onları qoruyacağına, Rusiya Federasiyasının Konstitusiyasına əməl edəcəyinə, eləcə də Çeçenistan Respublikasının Konstitusiyasına riayət edib onu qoruyacağına və çoxmillətli xalqa sədaqətlə xidmət edəcəyinə and içib.
Ramzan Kadırov Çeçenistan rəhbəri kimi səlahiyyətlərinin icrasına 50 illik yubileyində rəsmi olaraq başlayıb. O, andı həm rus, həm də çeçen dillərində səsləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.