Tramp Vensin İranla sülh danışıqlarını bərpa etmək tapşırığı aldığı barədə məlumatı təkzib edib

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vensə İranla sülh danışıqlarını yenidən başlatmaq üçün tapşırıq verməsi barədə məlumatları təkzib edib.
Tramp bildirib ki, Vens İrana tibbi ləvazimatların çatdırılmasına kömək edib.
ABŞ Prezidenti bu barədə Vaşinqtondan Ohayo ştatına yola düşərkən jurnalistlərin suallarını cavablandırıb.
Ondan Vensə İranla danışıqları bərpa etmək tapşırığı verib-vermədiyi soruşulub.
“Xeyr. İranın tibbi ləvazimatlarla bağlı köməyə ehtiyacı var idi. O, məndən bu barədə nə düşündüyümü soruşdu, mən də razılaşdım. Bir sözlə, xəstələrə kömək etmək üçün ləvazimatlar təmin edilir”, – Tramp deyib.
Qeyd edək ki, Trampın açıqlaması “The Wall Street Journal” qəzetinin Vensin İranla danışıqları bərpa etmək məqsədilə məktub göndərməsi barədə yaydığı məlumatdan sonra səslənib.
Qəzet ABŞ rəsmilərinə istinadən yazıb ki, Trampın göstərişi ilə Vens İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi Möhsün Rzaiyə məktub ünvanlayıb. Məktubun əsas məqsədinin sülh danışıqlarını yenidən başlatmaq olduğu bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.