AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Küveyt İran səfirinə etiraz notası təqdim edib

  • + A
  • - A
  • Bu gün, 14:20

    Küveyt İran səfirinə etiraz notası təqdim edib

    Küveyt İran səfirinə etiraz notası təqdim edib

    Küveyt Xarici İşlər Nazirliyi İranın ölkədəki səfiri Məhəmməd Totunçini çağıraraq ona etiraz notası təqdim edib. Buna səbəb İranın Küveytdəki səfirliyinin oktyabrın 28-də yaydığı və Küveytin daxili işlərinə müdaxilə kimi qiymətləndirilən bəyanatı olub.

    Küveyt Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir müavini Həməd Süleyman əl-Məşan İran səfirinə etiraz notasını təqdim edib.

    Küveyt tərəfi bəyanatın ölkənin suverenliyinə və məhkəmə sisteminin müstəqilliyinə müdaxilə olduğunu, eləcə də beynəlxalq hüququn norma və prinsiplərini pozduğunu bildirib.

    Qeyd edək ki, bundan əvvəl İranın Küveytdəki səfirliyi bu ölkənin cinayət məhkəməsinin üç nəfər barəsində çıxardığı ölüm hökmünü tənqid edib. Hökm çıxarılan şəxslər arasında İran vətəndaşı da var. Onlar Tehranın xeyrinə casusluqda və daxili işlər naziri də daxil olmaqla, bir sıra yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd hazırlamaqda ittiham olunublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR