AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp respublikaçıların seçkilərdə məğlubiyyətindən sonra impiçmentdən qorxmadığını bildirib

  • + A
  • - A
  • Dünən, 22:30

    Tramp respublikaçıların seçkilərdə məğlubiyyətindən sonra impiçmentdən qorxmadığını bildirib


    ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdə demokratların qələbə qazanaraq Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsindən sonra impiçment ehtimalından narahat olmadığını bəyan edib. Bu barədə “New York Post” nəşri məlumat yayıb.

    Trampın sözlərinə görə, kifayət qədər əsas olmadan onun vəzifədən kənarlaşdırılmasına cəhd edilməsi Demokratlar Partiyası üçün ciddi siyasi nəticələrə səbəb ola bilər.

    Jurnalistlər prezidentdən impiçment ehtimalının onu narahat edib-etmədiyini soruşublar.

    “Xeyr, xeyr, xeyr. Heç narahat deyiləm”, – deyə Tramp cavab verib.

    O, həmçinin bildirib ki, demokratlar belə bir addım atarlarsa, bu, onların partiyasına ciddi zərbə vura bilər.

    “Düşünürəm ki, belə bir addım Demokratlar Partiyasını məhv edər. Çünki bu, heç bir əsası olmayan impiçment olacaq. Nəyə görə? Ölkə uğurla inkişaf etdiyi üçünmü?” – deyə ABŞ prezidenti vurğulayıb.

    Tramp bu açıqlamaları noyabrın 4-də Ağ Evdə yeni bal zalının tikinti meydançasında keçirilən tədbir zamanı jurnalistlərə verib. Bu, respublikaçıların Senat və Nümayəndələr Palatasında nəzarəti itirdiyi aralıq seçkilərdən sonra prezidentin ilk ictimai çıxışı olub.

    ABŞ prezidenti Konqresdə demokratlarla əməkdaşlığa hazır olduğunu da bildirib. Bununla belə, demokratların addımlarını dağıdıcı hesab edəcəyi təqdirdə veto hüququndan istifadə edəcəyini qeyd edib.

    “Yəqin ki, demokratlarla anlaşa bilərəm. Yetər ki, dağıdıcı addımlar atmaq istəməsinlər. Amma mənim veto hüququm var”, – deyə Tramp bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR