AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan əsilli rusiyalı İrəvan səfərindən danışdı

  • + A
  • - A
  • Bu gün, 13:51

    Azərbaycan əsilli rusiyalı İrəvan səfərindən danışdı


    Turab Zeynalov Ermənistan sərhədində üç saat gözlədiyini bildirib.

    Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Turab Zeynalov Ermənistanın paytaxtı İrəvana səfər edib.

    Səfərin təfərrüatlarını özünün “YouTube” kanalında paylaşan Zeynalov dostlarının toyunda iştirak etmək üçün tanışları ilə Ermənistana getdiyini bildirib.

    O, Azərbaycan əsilli olduğuna görə sərhəddən keçidlə bağlı tərəddüd yaşadığını qeyd edib.

    Gəncin sözlərinə görə, sərhəddə üç saat saxlanılıb və Azərbaycanda sonuncu dəfə nə vaxt olması ilə bağlı sorğu-sual edilib. Daha sonra isə ölkəyə problemsiz daxil ola bilib.

    Zeynalov İrəvanda gəzdiyini, şəhərin bəzi cəhətlərinin Bakını xatırlatdığını da iddia edib.

    [video=]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR