AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayraktar TB2 FPV kamikadze dronlarla hədəfləri vurdu - Özəl

  • + A
  • - A
  • Bu gün, 15:16

    Bayraktar TB2 FPV kamikadze dronlarla hədəfləri vurdu - Özəl


    Türkiyənin “Baykar” şirkətinin istehsalı olan Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatı (S/PUA) yeni sınaq uçuşunu uğurla həyata keçirib.

    Bu barədə Azadmedia.az Baykar şirkətinin ictimaiyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, sınaq zamanı Bayraktar TB2-dən havada buraxılan "Skydagger FPV" kamikadze dronları müəyyən edilmiş hədəfləri dəqiqliklə vurub. Sınaq Keşan Uçuş Təlim və Sınaq Mərkəzində keçirilib.

    "Test çərçivəsində Bayraktar TB2 16 ədəd "Skydagger FPV" kamikadze dronu ilə havaya qalxaraq sınaq ərazisinə çatıb. Daha sonra pilotsuz uçuş aparatından iki FPV dron buraxılıb. Bayraktar TB2 üzərindən yaradılan əlaqə vasitəsilə operatorlar tərəfindən idarə olunan dronlar müəyyən edilmiş hədəfləri tam dəqiqliklə məhv edib. Qeyd edək ki, Baykar son illərdə pilotsuz uçuş aparatları sahəsində dünyanın aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət 2025-ci ildə 2,2 milyard dollarlıq ixrac həcminə çataraq öz rekordunu yeniləyib".

    Verilən məlumata görə, şirkət indiyədək Bayraktar TB2 üçün 36 ölkə, AKINCI pilotsuz uçuş aparatı üçün isə 16 ölkə ilə ixrac müqaviləsi imzalayıb. Ümumilikdə şirkətin pilotsuz uçuş aparatları üzrə 39 ölkə ilə ixrac sazişi var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR